Ursula fon der Lyayen Aİ-nin ÜDM-ni 10% artırmaq üçün bürokratik baryerlərin ləğvini təklif edib
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Valensiyada keçirilən Avropa Xalq Partiyasının (AXP) qurultayında çıxış edərək Avropa İttifaqının ÜDM-ni 10 faiz artırmaq üçün inzibati baryerlərin aradan qaldırılmasını təklif edib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Fon der Lyayen həmçinin miqrasiya siyasətinin sərtləşdiriləcəyini və Avropa müdafiə ittifaqının yaradılacağını da elan edib.
Onun sözlərinə görə, iqtisadi artımın əsas yolları bürokratiyanın azaldılması və sahibkarlığın dəstəklənməsidir:
"Əngəlləri aradan qaldırmaqla Avropa biznesini gücləndirəcəyik və ÜDM-ə 10% əlavə edəcəyik. AXP bütün vədlərini yerinə yetirəcək: miqrasiya nəzarəti sərtləşdiriləcək, hərbi xərclər artırılacaq və müdafiə ittifaqı yaradılacaq. Bu, Avropanın oyanışıdır."
Fon der Lyayen bu təşəbbüsü Avropa İttifaqının qurucularından olan atasının irsi ilə əlaqələndirib və hərbiləşməni "inteqrasiyanın arzusunun gerçəkləşməsi" adlandırıb. O, avropalıların müdafiə qabiliyyətinin gücləndirilməsini geniş şəkildə dəstəklədiyinə əmindir.
Qeyd edək ki, martın 19-da Avstriya Azadlıq Partiyasının (AAP) nümayəndə heyətinin rəhbəri, avroparlament üzvü Harald Vilimski Avropa İttifaqının ReArm EU adlı yenidən silahlanma proqramını iqtisadi sabitlik üçün təhlükə hesab etdiyini və bunun Aİ-nin maliyyə kriteriyalarını pozduğunu bildirmişdi.
Ayxan