DÜNYA ÖZ XƏBƏR

23 yaşlı nəzarətçi eyni vaxtda iki məhbusla münasibətdə olmaqda ittiham olunur - Bu ölkədə (FOTO)

İngiltərədə 23 yaşlı nəzarətçi eyni vaxtda iki məhbusla münasibətdə olmaqda ittiham olunur

İngiltərənin Kent qraflığında yerləşən Şeppi adasındakı Sueylsayd cəzaçəkmə müəssisəsində çalışan 23 yaşlı nəzarətçi İzabel Deyl eyni vaxtda iki məhbusla romantik münasibət qurmaqda ittiham olunur.

32gun.az bildirir, bu barədə Metro nəşri məlumat yayıb.

İstintaqın məlumatına görə, Deyl 33 yaşlı Şahid Şərif və 28 yaşlı Konnor Mani adlı məhbuslarla cinsi münasibətdə olub. Bundan əlavə, o, həbsxanaya qadağan olunmuş maddələr keçirmək məqsədilə üçüncü şəxslərlə əlbir olmaqda da ittiham edilir.

Deyl Vestminster Maqistrat Məhkəməsinə çıxarılıb və dövlət qulluqçusu olaraq səlahiyyətlərindən sui-istifadə etdiyi iki epizod üzrə rəsmi ittiham elan olunub. Məhkəmə sənədlərində qeyd edilir ki, o, məhbuslarla "qəsdən və heç bir əsas olmadan qeyri-etik cinsi münasibətlər qurub", bu isə ictimai etimadın pozulması kimi qiymətləndirilir.

Hakim Adrian Törner bu məsələnin daha ciddi şəkildə araşdırılması üçün 23 mayda Daxili London Kral Məhkəməsində baxılacağını bildirib. Deyl əsas məhkəmə prosesinədək girov müqabilində azadlığa buraxılıb.

Nilay 

Oxşar Xəbərlər