Hindistanla Pakistanın hərbçiləri Cammu bölgəsində qarşılıqlı atəş açıb.
32gun.az barədə The Times of India (TOI) yüksək rütbəli hindistanlı rəsmiyə istinadla xəbər yayıb.
Məlumata görə, bu atışma son günlər Pahalgamda baş verən terror aktından sonra bölgədə ilk belə insidentdir. Qeyd olunur ki, bundan əvvəl hərbçilər arasında atəş mübadiləsi Tutmari Qali, Rampur, Uri, Gurez və Sanderbani sektorlarında qeydə alınmışdı.
“Pakistan artıq beş gündür nəzarət xətti boyunca atəşkəs rejimini pozur, bu isə tərəflər arasında gərginliyi artırır,” – deyə yazıda bildirilir.
Xatırladaq ki, aprelin 22-də Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində terror hücumu olub. Silahlı şəxslər avtomatlardan Baisaran vadisindəki dağ cığırında hərəkət edən turistlərə atəş açıblar.
Hadisədən sonra Hindistan hökuməti bütün Pakistan vətəndaşlarını ölkədən çıxarmağa qərar verib. Eyni zamanda, iki ölkə arasında yerləşən “Attari” nəzarət-buraxılış məntəqəsinin də bağlanacağı açıqlanıb.
Ayxan