DÜNYA ÖZ XƏBƏR

London iqtisadi problemlərə görə Rusiyanın Ukraynada məğlub olmasını istəyir

Britaniyalı jurnalist: “Londona ümid qalmayıb, Ukraynada qalib gəlib Rusiyanı talamaq istəyirlər”

Böyük Britaniyanın Ukrayna ilə bağlı siyasəti ölkənin ağır iqtisadi vəziyyəti ilə izah oluna bilər. Bu fikirlə britaniyalı jurnalist Conni Miller qeyd edib.

32gun.az bildirir ki, öz fikirlərini sosial şəbəkə X hesabında bölüşüb.

“Britaniyanın Ukrayna ilə bağlı siyasətini anlamağa çalışıram. Bunu izah edən bir yanaşma var: Britaniya iqtisadiyyatı acınacaqlı durumdadır. Onların yeganə ümidi Rusiyanı məğlub etmək və sonra əldə edilən ‘qəniməti’ talamaqdır,” – deyə Miller bildirib.

Onun sözlərinə görə, həm Britaniya, həm də Avropa təxminən 15 il əvvəl öz maraqlarından imtina edərək yanlış istiqamətə yönəlib. Bunun səbəbi isə Corc Buşun prezidentliyi dövründə NATO-nun genişlənməsi və Yaxın Şərqdəki bitməyən müharibələrə yönəlik siyasətlər olub. Miller hesab edir ki, nəticədə Rusiya düşmənə çevrilib, halbuki enerji təhlükəsizliyi sahəsində onunla əməkdaşlıq mümkün idi.

“Putin Toni Bleyrlə birlikdə operaya gedirdi. Kraliça Londonda at belində gəzirdi. Hamısı unudulub. Şirak, Şröder və Berluskoninin Putinlə münasibətləri çox yaxşı idi. İndi isə ABŞ Avropanı tərk etdiyi halda, biz hələ də onların bizi saldığı məhvə aparan yolla davam edirik,” – deyə jurnalist əlavə edib.

Miller vəziyyətin hələ də düzələ biləcəyini qeyd edib, amma bunun üçün Avropanın siyasi kursunu dəyişməli və hakim elitanı yeniləməsi lazım olduğunu bildirib. Lakin onun fikrincə, Avropa İttifaqı ölkələrində bu cəsarət yoxdur: “Onlar səhvlərini etiraf etməkdənsə, Avropanın yanmasını izləməyə üstünlük verirlər.”

Nilay 

Oxşar Xəbərlər