DÜNYA ÖZ XƏBƏR

İbtidai sinif şagirdi məktəbə müharibədən qalma mərmi hissəsi gətirib / Məktəbə sapyorlar çağırılıb

Sankt-Peterburq məktəblərindən birində təhlükəli vəziyyət yaşanıb. 2-ci sinif şagirdi məktəbə İkinci Dünya müharibəsi dövrünə aid zenit mərmisinin başlığını gətirdikdən sonra sapyorlar hadisə yerinə çağırılıb.

32gun.az bildirir ki, bu barədə “Sapa” xəbər yayıb.

Məlumata görə, ibtidai sinif müəlliməsi şagirdlərə məktəb muzeyi üçün müharibə ilə bağlı eksponat gətirməyi təklif edib. Məktub, foto və digər təhlükəsiz xatirə əşyaları nəzərdə tutulsa da, uşaqlardan biri baba­sının bağ evində tapdığı mərmi hissəsini məktəbə gətirib.

Müəllimə əşyanın nə olduğunu başa düşən kimi sinifdə təşviş başlayıb. Məktəb rəhbərliyi dərhal Rusiya Qvardiyasının sapyorlarını çağırıb. Mütəxəssislər əşyanı yoxladıqdan sonra ehtiyat tədbiri olaraq onu özləri ilə aparıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Nilay 

Oxşar Xəbərlər