ABŞ dövlət katibi Marko Rubio iki ölkə arasında gərginliyin artması fonunda Hindistan və Pakistandakı həmkarları ilə tezliklə danışıqlar aparacaq.
32gun.az bildirir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Temi Bryus brifinqdə məlumat verib.
Kəşmirin Pahalqam bölgəsində 26 nəfərin ölümü ilə nəticələnən turistlərə edilən son hücumdan sonra nüvə gücləri Hindistan və Pakistan arasında gərginlik artmaqda davam edir.
Hindistan tərəfi insidentdə mübahisəli bölgədə fəaliyyət göstərən Pakistanın dəstəklədiyi yaraqlıları günahlandırır.
Pakistanın müdafiə naziri xəbərdarlıq edib ki, Kəşmirdə turistlərə silahlı hücumlardan sonra Hindistanın hərbi müdaxiləsi qaçılmazdır.
Ayxan