30 aprel 2025-ci il tarixində Rusiyanın Nijni Novqorod vilayətində meşəyə qarçiçəyi yığmağa gedən iki məktəbli qız itkin düşüb. Onlar gecə saatlarında bataqlıq ərazisində tapılıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Rıs” adlı könüllü axtarış-xilasetmə dəstəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 8 və 12 yaşlı qızların yoxa çıxması barədə siqnal axşam saatlarında daxil olub. Hadisə Semyonov rayonu, Medvedevo kəndi yaxınlığında baş verib. Axtarışlara təxminən 30 könüllü, fövqəladə xidmət nümayəndələri və itli axtarış qrupları cəlb olunub. Gecə saat 3-ə yaxın qızların bataqlıqda tapıldığı bildirilib.
“Soyuq, qorxmuş, amma sağ idilər. Qarçiçəyi axtarmaq arzuları onlara baha başa gəldi,” — deyə dəstənin mətbuat xidməti qeyd edib.
Qızların sözlərinə görə, meşəyə baharın ilk çiçəklərini yığmaq üçün gediblər, lakin evə qayıtmaq mümkün olmayıb. Yeniyetmələr xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilməyib.
Ayxan