Hindistanda bir kişi həyat yoldaşını boğaraq öldürüb, cəsədini evin yataq otağında gizlədib və yayılan pis qoxunu “mənzildə siçan ölüb” sözləri ilə izah edib.
32gun.az bildirir ki, bu barədə Times of India nəşrinin məlumat verib.
49 yaşlı şübhəli qadını mübahisə zamanı boğaraq öldürüb və onun cəsədini mənzildə saxlayıb. Cəsədin iyini gizlətmək üçün kişi ətirli tütsülərdən istifadə etməyə çalışıb. Lakin qoxu gücləndikdən sonra o, evi tərk edib və qonşulara “qoxu ölmüş siçandandır” deyib.
“O, dedi ki, evində siçan ölüb, qoxu ondan gəlir,” — deyə ev sahibi bildirib.
Cinayət bir neçə gün sonra, kişinin nənəsi nəvəsinin törətdiyi qətl barədə polisə məlumat verdikdən sonra üzə çıxıb.
“O, polisə zəng edərək nəvəsinin adam öldürdüyünü bildirdi,” — deyə hüquq-mühafizə orqanları məlumat verib.
Hadisədən sonra kişi saxlanılıb. Ona qarşı adam öldürmə və cəsədi gizlətmə ittihamları irəli sürülüb.