Türkiyədə Dənizlidə 2 yaşlı körpə anasının eyni evdə yaşadığı sevgilisi tərəfindən döyülərək öldürülüb. Həyatı təhlükədə olan körpə müalicə altına alınıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Sarayköy rayonu Aşağımahalledə baş verib. Məlumata görə, bir müddət əvvəl ərindən boşanan S.B.D, başında, üzündə, kürəyində və bədəninin müxtəlif yerlərində döyülmə izləri olan 2 yaşlı oğlunu Sarayköy Dövlət Xəstəxanasına gətirib. Körpənin tamamilə bağlı, sağ qolunda yara olan sağ gözündən şübhələnən xəstəxana işçiləri vəziyyəti polisə bildirdikdən sonra araşdırmalara başlanılıb. Məsələ ilə bağlı sorğu-sual edilən SBD ana övladının birlikdə yaşadığı sevgilisi S.D. tərəfindən döyüldüyünü iddia edib.
Aldığı zərbələr nəticəsində kəllə-beyin travması alan körpənin Sarayköy Dövlət Xəstəxanasında ilkin müalicəsinin ardından vəziyyətinin təhlükəli olması səbəbindən təcili yardımla Pamukkale Universiteti Xəstəxanasına aparılıb. Bağlanan sağ gözündən təcili əməliyyat edilməsinə qərar verilən körpə yaşadığı ağrıdan ağlayır, onu qucağına alan tibb bacıları onu sakitləşdirməyə çalışır. Körpənin müalicəsi davam edərkən həyatının təhlükədə olduğu öyrənilərkən, hadisə ilə bağlı araşdırma başladılıb.
Nilay