DÜNYA ÖZ XƏBƏR

İmam məsciddə faciəvi şəkildə dünyasını dəyişib

Türkiyədə Tokatın Reşadiye rayonunda məscidin bacasını təmizləyən imam nərdivandan yıxılaraq dünyasını dəyişib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rayonun Muratkaya kənd məscidinin imamı Əziz Yavuz tıxanmış bacanı təmizləmək üçün nərdivanla məscidin damına çıxıb.

Bacanı təmizlədikdən sonra damdan enərkən nərdivandan yıxılan Yavuz hadisə yerində həyatını itirib. Yavuzun cəsədi Rəşadiyə Dövlət Xəstəxanası meyitxanasına aparılıb.

Nilay 

Oxşar Xəbərlər