DÜNYA ÖZ XƏBƏR

Qoyuna şiddət göstərən şəxs həbs edilib

Konaklı Jandarma Komandanlığının əməkdaşları, bir şəxsin qoyunun başına təpik vurduğu və boynuna kəndirlə zərbə endirdiyi görüntülərin sosial mediada yayılmasının ardından araşdırma aparıblar.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, heyvana şiddət göstərən şəxs Payallar məhəlləsində yaşayan H.Ç. (55) adlı şəxsdir.

Saxlanılan şəxs jandarmadakı prosedurlardan sonra məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə H.Ç. “heyvan öldürmə, heyvana pis rəftar və işgəncə vermə” maddəsi ilə həbs olunub.

Alanya rayon icra başçısı Fatih Ürkmezer sosial şəbəkə hesabında verdiyi açıqlamada bildirib ki, həmin şəxs barəsində qanunvericiliyin nəzərdə tutduğu cinayət və inzibati tədbirlər görülüb.
O, əlavə edib ki, zorakılığa məruz qalan heyvan Alanya Rayon Kənd Təsərrüfatı İdarəsi tərəfindən mühafizəyə götürülüb və baytar həkimlər tərəfindən müayinə və baxım təmin olunub.

Nilay

Oxşar Xəbərlər