ABŞ Alimləri Hüceyrələrin "Yaddaşını" Aşkar Ediblər
Şimali-Şərq Universitetinin (ABŞ) alimləri hüceyrələrin fiziki təsirləri "yadda saxlaya" bildiyini kəşf ediblər. Bu kəşf, orqanizmin qısa müddətli yüklənmələrə necə reaksiya verdiyi və qısa müddətli məşqlərin belə faydalı ola biləcəyinə dair anlayışımızı dəyişdirir.
32gun.az bildirir ki, tədqiqat APL Bioengineering jurnalında dərc edilib.
Biyoengineering professoru Ning Vanın rəhbərlik etdiyi komanda, hüceyrələrin mexaniki təsirləri, məsələn, uzanma və ya təzyiq kimi "güc yaddaşı" saxladığını sübut edib. Tədqiqatçılar hamster hüceyrələri üzərində eksperiment aparıb, maqnitli topçuklarla güc tətbiq edərək hüceyrələrin reaksiya verdiyini müşahidə ediblər. Nəticələr, təsir dayandıqdan sonra belə, hüceyrələrin 30-60 dəqiqə ərzində reaksiya verdiyini göstərib.
Bu prosesdə YAP zülalı mühüm rol oynayır. YAP, struktural aktin zülalının yığılması nəticəsində hüceyrə nüvəsinə keçərək CTGF geninin ifadəsini işə salır. Bu mexanizm, qısa müddətli, lakin müntəzəm fiziki yüklərin orqanizmə uzunmüddətli təsirini izah edir.
Kəşf, hərəkət məhdudiyyəti olan insanlar — yaşlılar və ya reabilitasiya keçənlər üçün xüsusi əhəmiyyət kəsb edir, çünki onlara artıq uzunmüddətli məşqlər etmədən belə fiziki aktivlikdən bioloji faydalar əldə etmək imkanı yaradır.
Alimlər, hüceyrələrin fiziki təsirə necə reaksiya verdiyini başa düşməyimizə yeni yanaşma gətirərək bu kəşfi tibb və idman sahələrində yanaşmaların dəyişməsinə səbəb ola biləcəyini bildiriblər.
Nilay