DÜNYA ÖZ XƏBƏR

BKS-in orbitində kosmik tullantılar səbəbindən növbəti düzəliş edildi

Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbitində kosmik tullantılarla toqquşma riski səbəbilə dəyişiklik edilib.

32gun.az bildurir ki, bu barədə məlumatı "Roskosmos" dövlət korporasiyası öz Telegram kanalında yayıb.

Bildirilib ki, Moskva vaxtı ilə saat 01:10-da "Proqress MS-30" kosmik gəmisinin mühərrikləri işə salınıb və 212,79 saniyə ərzində işləyərək 0,3 m/s-lik impuls verib. Nəticədə BKS-in orbiti təxminən 540 metr yüksəldilib.

Manevrdən sonra stansiyanın Yer ətrafında dövr etmə müddəti 92,89 dəqiqə təşkil edib. Orbitin meyilliyi 51,66° olub, orta hündürlük isə 418,74 kilometrə çatıb.

Qeyd edək ki, 24 aprel tarixində də stansiyanın orbitində düzəliş edilmişdi. Həmin vaxt "Proqress MS-30" yük kosmik gəmisinin mühərrikləri 639,7 saniyə işləyərək 1,22 m/s-lik impuls verib. "Roskosmos"un açıqlamasına görə, bu cür düzəlişlər bir neçə həftədən bir edilir ki, BKS-in təxminən 420 km hündürlükdəki "işçi" orbit səviyyəsi qorunub saxlanılsın. Çünki stansiya uçuş zamanı tədricən Yerə yaxınlaşır.

Nilay 

Oxşar Xəbərlər