DÜNYA ÖZ XƏBƏR

İş adamı vətənə xəyanətdə ittiham olunur - Krımda

Krımda hamam kompleksinin sahibi Oleq Lısenkoya Rusiya İstintaq Komitəsi tərəfindən dövlətə xəyanət ittihamı irəli sürülüb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki,  cinayət işi materiallarında məlumat verilib.

Məlumata görə, Lısenkonun Ukrayna Silahlı Qüvvələrinə (USQ) maliyyə vəsaiti köçürdüyü iddia olunur.

İstintaqın məlumatına əsasən, iş adamı USQ ilə əlaqəsi olan hesab nömrəsinə pul vəsaiti köçürüb. Bu səbəblə Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi ("Dövlətə xəyanət") ilə cinayət işi başlanıb.

Məlumata görə, Lısenko may ayının sonuna qədər həbsdə qalacaq. O, ittihamları qəbul etmir və özünü təqsirli saymır.

Nilay 

Oxşar Xəbərlər