DÜNYA ÖZ XƏBƏR

İsrail Avropadan meşə yanğınları ilə mübarizədə yardım istədi

İsrailin mərkəzi bölgələrini əhatə edən güclü meşə yanğınları səbəbilə rəsmi Tel-Əviv Avropa ölkələrinə beynəlxalq yardım müraciəti edib.

32gun.az bildirir ki, bu barədə  İsrail hökumətinin dəftərxanası məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, çətin əməliyyat şəraiti fonunda Baş nazir Benyamin Netanyahunun tapşırığı ilə İsrailin Milli Təhlükəsizlik Şurası alovların söndürülməsi üçün xüsusi təyyarələrin cəlb olunmasını koordinasiya edir. Xarici İşlər Nazirliyi artıq Yunanıstan, Kipr, Xorvatiya, İtaliya və Bolqarıstan da daxil olmaqla bir sıra Avropa ölkələrinə yardım üçün müraciət edib.

Hökumət dəftərxəsi bildirib ki, bütün aidiyyəti dövlət qurumları xaricdən yardımın mümkün qədər tez çatması üçün tədbirlər görür. Gözlənilir ki, ilk yanğınsöndürmə təyyarələri 1 maydan etibarən İsraildə fəaliyyətə başlayacaq.

Qeyd edək ki, ölkədə meşə yanğınlarının səbəbi ekstremal istilər və güclü küləklərlə əlaqələndirilir. Yerusəlim ətrafında təxliyə elan olunub, Yerusəlimlə Tel-Əviv arasındakı magistral yol isə bağlanıb.

Nilay 

Oxşar Xəbərlər