Elazığda fırtına nəticəsində zədələnən asma körpü nəqliyyatın hərəkətinə bağlanıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Meteorologiya 13. Region Müdirliyi xəbərdarlıq edib. Karakoçan rayonunda yağışla təsirini artıran fırtına nəticəsində evlərin damları uçub, Golan termal su mənbələrindəki asma körpü zədələnib. Asma körpü yararsız hala düşüb və nəqliyyatın hərəkəti üçün bağlanıb.
Nilay