DÜNYA ÖZ XƏBƏR

Litva uzun mənzilli hava hücumundan müdafiə sistemləri almağı planlaşdırdığını açıqlayıb

Litva hakimiyyəti bir neçə milyard avro dəyərində uzaqmənzilli hava hücumundan müdafiə (HHM) sistemləri almağı planlaşdırır.

32gun.az bildirir ki, bu barədə ölkənin müdafiə naziri Dovile Şakalyenə TASS-a istinadən məlumat verib.

“Orta müddətli perspektivdə HHM sistemləri ilə bağlı vəziyyəti təhlil edəcəyik və bu əsasda hansı silahların alınacağına qərar veriləcək. Bu məqsədlə bir neçə milyard avro yönəldilə bilər”, – deyə nazir bildirib.

Orta müddətli dövr dedikdə, təxminən 10 ilə qədər olan zaman nəzərdə tutulur.

Xatırladaq ki, bu ilin aprelində Avropa İttifaqı Estoniya və Litvaya Rusiyayla sərhəddə “pilotsuz uçuş aparatlarına qarşı divar” qurulması üçün maliyyə ayırmaqdan imtina edib. Təkcə Tallin bu layihə üçün Aİ-dən 12 milyon avro istəmişdi. İndi isə bu ölkələr əlavə maliyyə mənbələri axtarmağa məcbur olublar.

Bundan əvvəl Litvanın altı HHM sistemi Ukraynaya verildiyi açıqlanmışdı.

Ayxan 

Oxşar Xəbərlər