DÜNYA ÖZ XƏBƏR

Güclü külək faciəyə səbəb oldu: 3 nəfər həyatını itirdi

Rusiyada Oмsk vilayətinin Tevriz rayonunda Radonitsa günü, 29 aprel tarixində Kayıgarlı kəndi yaxınlığında faciə baş verib. Güclü külək və dalğalar səbəbilə qayıq aşıb, nəticədə 50 yaşlı qadın və 55 yaşlı kişi həyatını itirib. Onlar yas mərasimindən qayıdırdılar.

32gun.az xəbər verir ki, hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, həmin gün bölgədə küləyin sürəti 28 km/saatadək yüksəldiyindən fırtına xəbərdarlığı edilmişdi.

Eyni gün Kruitnı rayonunda İk gölündə balıq tutan bir kişi də güclü küləyə görə çətinliklərlə üzləşib. Dalğaların təsiri ilə onun qayıq çubuğu qırılıb və qayıqda tək qalan kişi çətin anlar yaşayıb. Məsələdən xəbər tutan dostu dərhal hüquq-mühafizə orqanlarına məlumat verib. Hadisə yerinə gələn polis və balıqçılıq nəzarət xidməti əməkdaşları balıqçını xilas edərək sahilə çıxarıb.

Nilay 

Oxşar Xəbərlər