ABŞ Prezidenti Donald Trump, digər ölkələri İrandan neft almağı dayandırmağa çağıraraq, belə etməyənlərə Vaşinqtonun əlavə sanksiyalar tətbiq edəcəyini bildirib.
32gun.az bildirir ki, o bu barədə Truth Social sosial şəbəkəsində yazıb.
Trump qeyd edib ki, İrandan neft və ya neft məhsulları alan hər hansı bir ölkə və ya fiziki şəxs dərhal əlavə sanksiyalarla üzləşəcək. O, həmçinin, İrandan neft idxal edənlərə ABŞ ilə biznes aparmaq qadağan edilə biləcəyini əlavə edib.
Bugün İrlandiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəğayi, Tehran və Vaşinqton arasında 3 mayda keçirilməsi planlaşdırılan dördüncü görüşün təxirə salındığını açıqlayıb.
Nilay