DÜNYA ÖZ XƏBƏR

ABŞ yardımı dayandırdı, ÜST maaş problemi yaşayır

ABŞ-ın maliyyələşməni dayandırması ÜST-də maaş kəsintilərinə səbəb ola bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2026 və 2027-ci illərdə əməkdaşlarına maaşların 25 faizini ödəyə bilməyəcək.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST baş direktorunun inzibati-maliyyə məsələləri üzrə köməkçisi Raul Tomas 1 may tarixində Cenevrədə keçirilən mətbuat konfransında bildirib.

"Biz dəqiq bilirik ki, maliyyə hesablamalarımıza əsasən, qarşıdakı ikiillik dövr üçün əməkhaqqı büdcəsinin 25 faizi təmin olunmayıb", – deyə Tomasın deyib.

Onun sözlərinə görə, hazırda təşkilat neçə nəfərin ixtisara düşəcəyini bilmir. Bu rəqəm maliyyə çatışmazlığının dərəcəsindən və işçilərin yerləşdiyi regiondan asılı olacaq.

Nilay 

Oxşar Xəbərlər