DÜNYA ÖZ XƏBƏR

Bryansk vilayəti üzərində iki Ukrayna dronu vurulub

2 may axşam saatlarında Rusiyanın Bryansk vilayəti üzərində Ukraynaya məxsus iki ədəd pilotsuz uçuş aparatı hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən məhv edilib.

32gun.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatına görə, dronlar Moskva vaxtı ilə saat 20:45 radələrində zərərsizləşdirilib.

Həmin gün səhər saatlarında Müdafiə Nazirliyi bildirib ki, gecə ərzində Rusiya HHM sistemləri tərəfindən ümumilikdə 121 ədəd Ukrayna pilotsuz aparatı məhv edilib. Onlardan 89-u Krım Respublikasında və Qara dəniz üzərində, 23-ü isə yenə həmin akvatoriyada vurulub. Həmçinin, dörd dron Krasnodar diyarında, ikisi Orlov vilayətində, biri isə Belqorod, biri Bryansk vilayəti və biri də Azov dənizi üzərində məhv edilib.

Ayxan 

Oxşar Xəbərlər