DÜNYA ÖZ XƏBƏR

"Mercedes" piyadaları vurub: azı 6 nəfər xəsarət alıb / BU ÖLKƏDƏ (VİDEO)

Almaniyanın Ştutqart şəhərində Mercedes piyadaları vurub: azı 6 nəfər xəsarət alıb

Almaniyanın Ştutqart şəhərində avtomobilin piyada keçidində insanlara çırpılması nəticəsində xəsarət alanların sayı artıb.

32gun.az Bild qəzetinə istinadən bildirir ki, azı altı nəfər yaralanıb.

“Mercedes G-klass markalı avtomobil tramvay dayanacağı yaxınlığındakı piyada keçidində insanlara çırpılıb. Hadisə nəticəsində altı nəfər xəsarət alıb”, – deyə nəşr yazır.

Məlumata görə, xəsarət alanlar arasında uşaq arabası ilə hərəkət edən bir qadın da ola bilər.

İlkin məlumatlarda üç nəfərin yaralandığı bildirilmişdi.

Nilay 

Oxşar Xəbərlər