Çinin “Üç dərə” SES-i Yer kürəsinin fırlanma sürətini azaldıb – NASA geofiziki
Dünyanın ən böyük hidroelektrik stansiyası olan Çinin “Üç dərə” (Three Gorges) Su Elektrik Stansiyası Yer kürəsinin fırlanma sürətini azaldıb.
32gun.az bildirir ki, bu barədə NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzindən geofizik Benjamin Fonq Çao Yahoo News portalına açıqlamasında bildirib.
Alimin sözlərinə görə, nəhəng su anbarının yaradılması nəticəsində Yer kürəsinin fırlanması zəifləyib, bu da sutkanın uzunluğunun 0,06 mikrosaniyə artmasına və planetin oxunun 2 santimetrə qədər yerdəyişməsinə səbəb olub. Çao qeyd edib ki, bu dəyişiklik kainatın mövcud olduğu dövr ərzində cəmi 3 gündən bir qədər çox edir.
“Üç dərə” bəndi Çinin Hubei əyalətində, Yangtze çayı üzərində yerləşir. Uzunluğu 2335 metr, hündürlüyü isə 185 metr olan nəhəng tikili 2012-ci ildə tamamlanıb. Bəndin içində 40 kub kilometr su toplanır və bu suyun səviyyəsi dəniz səviyyəsindən 175 metr yüksəkdə yerləşir. Bu qədər mayenin bir nöqtədə toplanması planetin kütlə bölgüsünü dəyişdirərək Yer kürəsinin dönmə balansına təsir edib.
Nilay