DÜNYA ÖZ XƏBƏR

Qız tərk edilmiş evin dördüncü mərtəbəsindən yıxılıb

Rusiyada Samara vilayətinin istintaq orqanları Çapayevskdə azyaşlı qızın yıxılması barədə məlumatla bağlı prosessual araşdırma təşkil edib.

32gun.az Rusiya mediasına istinadən bildirir ki, qız Lenin küçəsindəki tərk edilmiş evin dördüncü mərtəbəsindən yıxılıb. O, bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Rusiya Federasiyasının Samara vilayəti üzrə İstintaq Komitəsi öz Telegram kanalında bildirib ki, araşdırmanın nəticələrinə əsasən prosessual qərar veriləcək.

Nilay 

Oxşar Xəbərlər