DÜNYA ÖZ XƏBƏR

Orduda dəhşətli qəza! Avtomobil yaşayış kompleksinin həyətinə uçdu: 1 nəfər həyatını itirdi

Orduda, sürücüsünün idarəetməni itirərək istinad divarından yaşayış kompleksinin həyətinə düşən avtomobilin səbəb olduğu qəza nəticəsində sürücü həyatını itirdi.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə, Fatsa rayonunda saat 17:0 radələrində baş verib. Məlumata görə, Ahmet Yıldızlı'nın idarə etdiyi 35 AH 3665 nömrəli avtomobil, idarəetməni itirərək təxminən 5 metr hündürlükdəki istinad divarından kompleksin həyətinə düşüb.

Hadisə yerinə dərhal polis, təcili tibbi yardım və yanğınsöndürənlər göndərildi. Yanğınsöndürənlər, avtomobilin tərsinə dönmüş vəziyyətdə olan sürücüsünü çıxararaq tibbi heyətə təhvil verdilər. Yıldızlı, hadisə yerində edilən ilkin müdaxilədən sonra Fatsa Dövlət Xəstəxanasına aparılsa da, həyatını itirdi.

Qəza, kompleksin təhlükəsizlik kamerası tərəfindən qeydə alındı və araşdırma başlatıldı.

Nilay 

Oxşar Xəbərlər