DÜNYA ÖZ XƏBƏR

50 yaşlı kişi polisi dişlədiyi üçün cərimələndi

Saratovda 50 yaşlı kişi polisi dişlədiyi üçün cərimələndi

Rusiyada Saratov şəhərində 50 yaşlı yerli sakin polis əməkdaşına hücum edərək onu dişlədiyi üçün məsuliyyətə cəlb edilib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə region prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Hadisə 2025-ci il martın 5-də polis idarəsinin saxlanılan şəxslər üçün nəzərdə tutulmuş otağında baş verib. Həmin şəxs ictimai yerdə sərxoş vəziyyətdə olması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə məsuliyyətə cəlb olunmaq istəməyib, polis əməkdaşının qanuni tələbinə qarşı çıxaraq ona fiziki müqavimət göstərib və qolundan dişləyib.

Məhkəmə onu təqsirli bilərək 25 min rubl məbləğində cərimə ödəməyə məhkum edib. Hadisə Rusiya Cinayət Məcəlləsinin “Hakimiyyət nümayəndəsinə qarşı vəzifə borcunu yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükə yaratmayan zor tətbiqi” maddəsi ilə qiymətləndirilib.

Nilay 

Oxşar Xəbərlər