Mərkəzi Bank dolların rəsmi məzənnəsini artırdı
Rusiya Mərkəzi Bankı 6 may 2025-ci il üçün dolların rəsmi məzənnəsini 42 qəpik artıraraq 81,9137 rubl səviyyəsində müəyyən edib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin rəsmi saytında məlumat verilib.
Avronun rəsmi məzənnəsi 7 qəpik artaraq 92,9082 rubl, yuan isə 13 qəpik artaraq 11,3025 rubl olub.
5 may səhəri "Ruski Standart" Bankının maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Maksim Timoşenko bu həftə üçün dolların 80–83 rubl, avronun 91–94 rubl, yuanın isə 11–11,5 rubl arasında dəyişəcəyini proqnozlaşdırıb.
Bloomberg agentliyi isə bazar ertəsi bildirib ki, Tayvan dollarının məzənnəsi son iki ilin ən yüksək səviyyəsinə çatıb. Bu valyuta artıq altı birja sessiyası ardıcıl olaraq möhkəmlənir. 5 mayda Tayvan dolları 4,5% bahalaşaraq 1988-ci ildən bəri ən kəskin artımı nümayiş etdirib və 1 dollar üçün 29,672 səviyyəsinə yüksəlib.
Ayxan