DÜNYA ÖZ XƏBƏR

Ərdoğanın ofisi onun Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

Türkiyə Prezidenti Ərdoğan Trampla Ukrayna məsələsini müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı Ukrayna məsələsini müzakirə edib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın müharibənin dayandırılması ilə bağlı yanaşmasını dəstəklədiyini bildirib.

Prezident Ərdoğan, ABŞ Prezidentinin müharibələrin sona çatdırılması ilə bağlı yanaşmasını dəstəklədiyini vurğulayıb və "Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətindəki səyləri yüksək qiymətləndirdi", — deyə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Ərdoğan və Tramp həmçinin, Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələri müzakirə ediblər. Türkiyə Prezidenti, Ankaranın ABŞ ilə bir çox sahədə, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığını daha da inkişaf etdirmək niyyətində olduğunu bildirib.

Telefon danışığı zamanı Ərdoğan həmçinin ABŞ və İran arasında danışıqları yüksək qiymətləndirib.

Əvvəlki bəyanatında Ərdoğan, Tramp ilə "ilk fürsətdə" görüşmək niyyətində olduğunu bildirmişdi. Hazırda Türkiyə Xarici İşlər Nazirliyi ABŞ rəhbərliyi ilə prezidentlər arasında görüşün hazırlıqları üzərində işləyir. Görüşün vaxtı hələ müəyyən edilməyib.

Ərdoğan, Ağ Ev rəhbəri ilə bir çox mövzuda müzakirələr aparmağa hazır olduğunu qeyd edib və iki ölkə arasındakı əlaqələrin dərin köklərə malik olduğunu vurğulayıb.

Ayxan 

Oxşar Xəbərlər