DÜNYA ÖZ XƏBƏR

"Batman maskalı qız" Rusiyada əməliyyatlar ediləcək

ABŞ-dan olan Lune Fenner, üzündəki nəhəng doğuşdan gəlmə nevus səbəbilə "Batman maskalı qız" ləqəbini alıb. O, Rusiyaya növbəti səfərində iki əməliyyat keçirəcək.

32gun.az bildirir ki, Bu barədə RIA Novosti xüsusi klinikanın mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Klinikada qeydiyyatdan keçən məlumatlara görə, birinci əməliyyat 7 mayda başlayacaq və bu, üç toxuma genişləndiricisinin implantasiyası olacaq. İkinci, əsas əməliyyat isə iyul ayında keçiriləcək", — deyə müalicə edən tibbi müəssisənin nümayəndəsi jurnalistlərə bildirib.

Luna Fenner, ilk dəfə 2019-cu ildə Mayamidən anası Kərol ilə Rusiyaya gəlmişdi. Uşağa nəhəng nevusu çıxarmaq məqsədilə Krasnodar şəhərindən həkimlər əməliyyat etmişdi. 2021-ci ildə əməliyyat başa çatdı və ailə doğma yurduna geri qayıtdı. 2024-cü ildə isə Luna və valideynləri yenidən Rusiyaya gəlib, üz və qaşlarda dəri bərpası üçün əməliyyat keçirib. 2025-ci ildə isə həkimlər ikinci bərpa mərhələsinə başlayacaq və qızın üzünün mərkəzi hissəsində plastik əməliyyat ediləcək.

Ayxan 

Oxşar Xəbərlər