DÜNYA ÖZ XƏBƏR

Yeni Papa Seçkiləri Ərəfəsində 133 Kardinal Romada Toplaşıb

Katolik kilsəsinin yeni rəhbərini seçmək üçün keçiriləcək konklav öncəsində səsvermə hüququna malik olan 133 kardinal artıq Romaya gəlib.

32gun.az bildirir ki, bu barədə Vatikanın Mətbuat Xidməti onuncu konqreqasiyanın yekununda rəsmi məlumat yayıb.

Bəyanatda qeyd olunur: “Hazırda 133 seçici-kardinal Romadadır”.

Konqreqasiyada ümumilikdə 179 kardinal iştirak edib. Lakin yalnız 80 yaşı tamam olmamış iyerarxlar 7 mayda keçiriləcək konklavda iştirak hüququna malikdir.

Qeyd edək ki, Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteyo Bruni 28 apreldə bildirmişdi ki, konklav 7 mayda toplanacaq və təxminən 135 kardinal iştirak edəcək.

Xatırladaq ki, Roma Papası Fransisk 21 aprel tarixində 88 yaşında vəfat edib. Ona vida mərasimi 26 apreldə Müqəddəs Pyotr bazilikasının qarşısındakı meydanda keçirilib. Pontifikin vəsiyyətinə uyğun olaraq, o, Romadakı Santa-Mariya-Macore bazilikasında dəfn olunub.

Ayxan 

Oxşar Xəbərlər