DÜNYA ÖZ XƏBƏR

Həkimlər 14 yaşlı qızın mədəsindən 15 santimetrlik qaşıq çıxardı

Moskva vilayəti Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, L.M. Roşal adına Uşaq Klinik Mərkəzinin həkimləri mədəsində və bağırsaqlarında yad cisim aşkarlanan 14 yaşlı qıza uğurla yardım ediblər.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki,  Məktəbli qız izah edib ki, boğazında qalmış alma parçasını çıxarmağa çalışarkən təsadüfən qaşığı udub. Müayinə zamanı bu versiya təsdiqini tapıb — 15 santimetrlik metal qaşıq bir ucu mədədə, digər ucu isə onikibarmaq bağırsaqda olmaqla içəridə ilişib qalıb.

Endoskopist Darya Stepanenkonun sözlərinə görə, həkimlər əvvəlcə endoskopik halqa ilə qaşığı onikibarmaq bağırsağın soğanağından çıxarıb, sonra isə xüsusi "siçan dişi" tipli qısqacla onu udlağa doğru çəkiblər. Əməliyyatın sonunda cərrahi sıxacla qaşıq tamamilə çıxarılıb. Prosedur təxminən bir saat çəkib.

Xoşbəxtlikdən, qaşıq daxili orqanlara zərər verməyib və qız evə buraxılıb.

Ayxan 

Oxşar Xəbərlər