DÜNYA ÖZ XƏBƏR

Ukraynanın enerji şirkəti Rusiyanın İsraildəki aktivlərinin müsadirəsini tələb edir

Ukraynanın enerji şirkəti "DTEK Krımenerqo" Rusiyanın İsraildəki aktivlərinin həbs olunması ilə bağlı məhkəməyə müraciət edib.

32gun.az bildirir ki, bu barədə I24 telekanalı məlumat yayıb.

Məlumata görə, şirkət 2023-cü ilin noyabrında Niderland məhkəməsinin Rusiya əleyhinə çıxardığı beynəlxalq arbitraj qərarına əsaslanaraq, aktivlərin müsadirəsi barədə ərizə ilə Yerusəlim Dairə Məhkəməsinə müraciət edib. Həmin qərarda Krımda Rusiya tərəfindən müsadirə olunan Ukrayna aktivlərinə görə təzminat ödənilməsi nəzərdə tutulur.

Jurnalistlərin bildirdiyinə görə, DTEK Krımenerqo Yerusəlimdə yerləşən Sergei Palace Hotel və HaMa'alot avtodayanacağının da müsadirə olunmasını tələb edir. Məhkəmə artıq Rusiya tərəfinə cavab təqdim etməsi üçün sorğu göndərib və İsrail hökumətini proses barədə məlumatlandırıb.

Xatırladaq ki, bu ilin aprelində Ukrayna Maliyyə Nazirliyi bəyan etmişdi ki, ölkə G7 ERA fövqəladə maliyyələşdirmə proqramı çərçivəsində Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına Yaponiyadan 3 milyard dollar kredit alacaq. Kredit 30 illik müddətə veriləcək.

Nilay 

Oxşar Xəbərlər