DÜNYA ÖZ XƏBƏR

 Gecə növbəsi əzələ toxumasının qocalmasını sürətləndirir — Britaniyalı alimlərdən xəbərdarlıq

London Kral Kollecinin alimləri sübut ediblər ki, sirkadiyal ritmlərin pozulması — məsələn, gecə növbələrində işləmək — əzələ toxumasının qocalmasını sürətləndirir.

32gun.az bildirir ki, araşdırmanın nəticələri ABŞ Milli Elmlər Akademiyasının Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunub.

Alimlər qeyd edirlər ki, hər əzələ hüceyrəsinin zədələnmiş və sağlam zülalları idarə edən daxili bioloji saatı var. Gündüzlər əzələlər yüklənir, gecələr isə zədələnmiş zülallardan təmizlənərək bərpa olunur. Bu ritm pozulduqda təmizlənmə prosesi ləngiyir və zərərli zülallar toplanaraq əzələlərin daha tez köhnəlməsinə və sarkopeniya — yəni yaşla əlaqəli əzələ itkisinə səbəb olur.

Tədqiqat zamanı 70 faiz genetik oxşarlığı olan model orqanizm — danyo-rerio balıqlarından istifadə olunub. Bu balıqlarda əzələlərdəki bioloji saat genləri dəyişdirilib. Cəmi iki ilə onların ölçüləri kiçilib, çəkiləri azalıb, üzmə qabiliyyətləri zəifləyib — bu simptomlar insanda sarkopeniya ilə eynidir.

Aparıcı tədqiqatçı Ceffri Kelu bildirib ki, yalnız Böyük Britaniyada təxminən 4 milyon insan gecə növbəsində işləyir və bu, əzələlərin vaxtından əvvəl qocalmasına səbəb ola bilər.

Alimlər hesab edirlər ki, bu məlumatlar gələcəkdə əzələ toxumasındakı bioloji saatları tənzimləyən dərmanların hazırlanmasına kömək edə bilər. Belə preparatlar xüsusilə yaşlı insanlar kimi həssas qrupları sürətli əzələ itkisinə qarşı qoruya bilər.

Nilay 

Oxşar Xəbərlər