Tanınmamış Pridnestrovyə Moldovan Respublikası (PMR) rəhbəri Vadim Krasnoselskinin sərəncamına əsasən, ərazidə “sarı” səviyyəli real terror təhlükəsi rejimi 7 iyula qədər uzadılıb.
32gun.az bildirir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, “sarı” səviyyə mümkün terror aktı təhlükəsinin mövcudluğunu bildirir. Yeni qərara əsasən, rejim 60 gün müddətinə qüvvədə olacaq və 8 maydan etibarən tətbiq ediləcək.
Bundan əlavə, 30 aprel tarixində PMR parlamenti fövqəladə iqtisadi vəziyyət rejiminin də uzadılmasını yekdilliklə təsdiqləyib. Xüsusi rejim 30 gün müddətinə artırılaraq 8 iyuna qədər qüvvədə olacaq. Qərar, əraziyə təbii qaz tədarükündəki azalma ilə əlaqədar yaranan iqtisadi böhran fonunda qəbul edilib.
Xatırladaq ki, daha əvvəl PMR Ali Sovetinin deputatı, politoloq Andrey Safonov bəyan etmişdi ki, Qərb Moldovanı Rusiya və Pridnestrovyeyə qarşı silahlı qarşıdurmaya hazırlayır. Moldova parlamenti isə 2024–2034-cü illəri əhatə edən milli müdafiə strategiyasını qəbul edib. Sənəddə 2030-cu ilə qədər ölkənin müdafiə büdcəsinin ÜDM-in 1 faizinə qədər artırılması nəzərdə tutulur və Pridnestrovyedə yerləşən Rusiya hərbi kontingenti və yerli hərbi qüvvələr milli təhlükəsizlik üçün təhdid kimi qiymətləndirilir.
Ayxan