Almaniya parlamenti Bundestaq 7 mayda kansler seçkisinin ikinci turunu keçirməyi müzakirə edir.
32gun.az bildirir ki, bu barədə Bild nəşri məlumat yayıb. Məlumata görə, ikinci turun baş tutması üçün təklif iki üçdəbir səs çoxluğu ilə dəstəklənməlidir.
Xristian Demokrat İttifaqının (XDU) lideri Fridrix Mers kansler seçilmək üçün tələb olunan 316 səslə kifayətlənə bilməyib — onu yalnız 310 deputat dəstəkləyib. Bild yazır ki, Mers sonradan ikinci turdan imtina etdiyini bəyan edib.
Bunun fonunda Almaniyanın sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının lideri Alisa Vaydel ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib. Onun sözlərinə görə, seçkiqabağı vədlərini pozan bir namizədin kanslerliyə irəli sürülməsi Almaniyada siyasi vəziyyətin zəifliyindən xəbər verir. Vaydel vurğulayıb ki, AfD hökuməti formalaşdırmağa hazırdır və ölkəni "baş aşağı vəziyyətdən xilas etməyə qadirdir".
Ayxan