DÜNYA ÖZ XƏBƏR

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim partiyanın sədri seçildi

Hakim Gürcü Arzusu — Demokratik Gürcüstan partiyasının yeni sədri ölkənin baş naziri İrakli Kobaxidze olub.

32gun.az bildirir ki, bu barədə TASS məlumat yayıb. Partiyanın qurultayında Kobaxidze yekdilliklə bu vəzifəyə seçilib.

25 aprel tarixində isə partiyanın əvvəlki lideri İrakli Qaribaşvili siyasətdən getdiyini və vəzifəsini tərk etdiyini açıqlamışdı. O, üzərinə düşən missiyanı yerinə yetirdiyini bildirib və bir neçə dəfə partiyanın qurucusu Bidzina İvanişviliyə göstərilən etimada görə təşəkkür edib. Qaribaşvili siyasətdə olduğu müddətdə iki dəfə Gürcüstanın Baş naziri olub. O, bundan sonra da partiyanı və onun siyasətini dəstəkləyəcəyini bildirib.

Ayxan 

Oxşar Xəbərlər