DÜNYA ÖZ XƏBƏR

Berlin Karnegi Mərkəzinin direktoru barəsində TƏCİLİ axtarış elan edildi

Rusiya DİN: Berlin Karnegi Mərkəzinin direktoru Aleksandr Qabuyov axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi arzuolunmaz təşkilat elan edilən Berlin Karnegi Mərkəzinin direktoru Aleksandr Qabuyovu (RF-də xarici agent kimi tanınıb) federal axtarışa verib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə DİN-in axtarış bazası məlumat yayıb.

Bazada “Qabuyov Aleksandr. Cinayət Məcəlləsinin maddəsinə əsasən axtarışdadır” deyə bildirilir. Lakin konkret hansı maddə üzrə axtarışın aparıldığı göstərilməyib.

Qeyd edək ki, 6 may tarixində litvalı millətçi Valdas Bartkeviçyusa qarşı Kursk vilayətindəki hərbi qəbiristanlığı təhqir etdiyinə görə istintaq tamamlanıb və o, beynəlxalq axtarışa verilib.

Bundan əvvəl isə Moskvada politoloq Yekaterina Şulman (RF-də xarici agent kimi tanınıb) Berlin Karnegi Mərkəzi ilə əməkdaşlığa görə 10 min rubl məbləğində cərimələnmişdi.

Ayxan 

Oxşar Xəbərlər