DÜNYA ÖZ XƏBƏR

Aİ Ukraynaya 2022-ci ildən bəri 150 milyard avro dəstək verib

Avropa İttifaqı və onun üzv ölkələrinin 2022-ci ildən etibarən Ukraynaya göstərdiyi ümumi dəstək artıq 150 milyard avroya çatıb.

32gun.az bildirir ki, bu barədə Aİ-nin iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis TASS məlumatına əsasən bildirib.

“O zamandan bəri Aİ və üzv dövlətlər Ukraynaya təxminən 150 milyard avro ayırıblar ki, bu da onu qlobal miqyasda ən böyük dəstəkçi edir,” – deyə o, Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı qeyd edib.

İclas zamanı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də bəyan edib ki, Ukraynaya hərbi yardımın davam etdirilməsi, Rusiyadan enerji asılılığının tamamilə dayandırılması və Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsi Kiyevin daha güclü mövqe tutmasına kömək edəcək.

Fon der Lyayen əlavə edib ki, Ukraynanın Aİ-yə qoşulması bu ölkə üçün təhlükəsizlik zəmanəti olacaq və sülhə doğru əhəmiyyətli addım sayılacaq.

Nilay 

Oxşar Xəbərlər