Çində bir restoranda pişik təsadüfən qaynar yağ dolu qazana düşüb və nəticədə 9 nəfər yanıq xəsarətləri alıb. Hadisə hot-doqlar üzrə ixtisaslaşan restoranda baş verib.
32gun.az bildirir ki, xəbər South China Morning Post tərəfindən yayılıb.
Restoranda qonaqlarla birgə yaşayan pişik mətbəxə keçərək, ehtiyatsızlıqla qaynayan yağla dolu qazana düşüb. Yağın ətrafa sıçraması nəticəsində 9 nəfər yanıq xəsarətləri alıb.
Restoran sahibi Çjun soyadlı şəxs zərərçəkənləri dərhal xəstəxanaya çatdırıb və onların bütün müalicə xərclərini – təxminən 1400 dollar – qarşılayıb. O, həmçinin mənəvi zərərin kompensasiyasını ödəyib və həmin gün orada olan digər müştərilər üçün hesabları ləğv edib.
Yağla örtülən pişik baytara aparılıb. Onun dörd pəncəsində yanıq, bir neçə sınıq və qızdırma aşkarlanıb. Sahibi onun sağaldıqdan sonra restoranın rəmzi mühafizəçisi olacağını planlaşdırırdı, lakin pişik aldığı ağır xəsarətlərdən xilas edilə bilməyib.
Hadisədən sonra restoran açıq hissəyə qoruyucu tent qurub. Restoran işçilərinin sözlərinə görə, bu hadisədən sonra müştəri sayı gözlənilmədən artıb.
Ayaz