Serbiya prezidenti Aleksandr Vuçiçin təyyarəsi Bakı hava limanında təcili eniş etdikdən sonra Moskvaya uçmaq üçün icazə gözləyir.
32gun.az bildirir ki, bu barədə Tanjuq agentliyi məlumat yayıb .
Mayın 7-də Vuçiçin Qələbə Günü üçün Moskvaya uçan təyyarəsinin Bakıda məcburi eniş etdiyi bildirilib .
Mayın 9-da Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə Moskvada keçiriləcək paradda 29 xarici ölkə lideri iştirak edəcək . Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib . Çin Prezidenti Si Cinpinin, Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın, Serbiya Prezidenti Aleksandr Vuçiçin, Slovakiyanın Baş naziri Robert Fikonun , eləcə də nasist Almaniyasının məğlub edilməsində əməyi olan əksər keçmiş Sovet respublikalarının rəhbərlərinin gəlişi gözlənilir . Bundan əlavə, ABŞ, İsrail, Ermənistan və Monqolustan veteranları dəvət olunur.
Ayxan