MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Puqaçovanın köhnə hitlərə görə ildə 28 milyon rubl aldığı məlum olub

Prodüser: Alla Puqaçova musiqi platformalarından ildə 28 milyon rubl qazanır

Rusiyalı müğənni Alla Puqaçova musiqi platformaları vasitəsilə illik təxminən 28 milyon rubl gəlir əldə edir.

32gun.az bildirir ki, bu barədə Rusiyalı məşhur prodüser Alina Krasnaya kp.ru saytına açıqlamasında deyib.

“Puqaçova ‘Starinnıye çası’ və digər məşhur hitləri hesabına musiqi platformalarında (Rusiya daxil olmaqla) rüblük təxminən 5–7 milyon rubl qazanır,” — deyə Krasnaya qeyd edib.

Onun sözlərinə görə, müğənninin əsas gəlir mənbəyi köhnə mahnılarına görə alınan qonorarlarla bağlıdır. Prodüser vurğulayıb ki, Puqaçovanın yeni relizləri arasında hit yoxdur.

kp.ru əlavə edir ki, hazırda Alla Puqaçova ürək problemləri səbəbindən konsert vermir.

Xatırladaq ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Puqaçova həyat yoldaşı Maksim Qalkin (Rusiya tərəfindən xarici agent kimi tanınıb) və övladları ilə birgə ölkəni tərk edərək İsrailə köçüb. Rusiyanı tərk etdikdən sonra müğənni onu xarici agentlər siyahısına salmaq istəyən tənqidçilərinə müraciət etmiş və demişdi: “Məni bəyənməyənlər əvvəllər nökər idilər, indi isə qul olublar.”

2025-ci il aprelin 17-də Puqaçova sosial şəbəkələrdə düşmənlərinə səslənərək bildirib ki, “heyterlər” onun həyatını müxtəlif rənglərlə boyamağa kömək edirlər.

Nilay 

Oxşar Xəbərlər