DÜNYA ÖZ XƏBƏR

Fiziklər ilk dəfə olaraq çoxölçülü dolaşıq vəziyyətdən kvant obyektləri çıxarıblar

Çində alimlər kvant əlaqələrini bərpa etməyin yeni yolunu tapıblar

Şandun Universiteti və Çenkunq Milli Universitetinin tədqiqatçıları daha etibarlı kvant texnologiyalarına doğru mühüm addım atıblar. Onlar ilk dəfə olaraq üçölçülü dolaşıq kvant vəziyyətlərindən gizli kvant korrelyasiyalarını çıxarmağı bacarıblar. Bu, tək nüsxəli lokal filtrləmə (ScLF) adlı xüsusi üsul vasitəsilə mümkün olub.

32gun.az bildiri ki, alimlərin işi Physical Review Letters jurnalında dərc edilib.

Qeyd edək ki, kvant dolaşıqlığı kvant kompüterləri və rabitə sistemlərinin əsasını təşkil edir, lakin bu dolaşıqlıq xarici təsirlərə çox həssasdır. Bu da kvant texnologiyalarının effektivliyini azaldır. Lakin ScLF metodu vasitəsilə bircə dolaşıq vəziyyəti "təmizləmək" mümkündür — bu da əvvəlki yanaşmalardan fərqli olaraq, çoxsaylı nüsxələr və mürəkkəb foton qarşılıqlı təsirləri tələb etmir.

Tədqiqatın həmmüəllifi, professor Xə Lu bildirib: “İdeal dolaşıq vəziyyət yaratmaq praktik olaraq mümkün deyil. Buna görə də biz onun bərpasının sadə və praktik üsulunu axtarırdıq və ScLF metodunda bu yolu tapdıq.”

Alimlər adətən “çox səs-küylü” hesab edilən və qeyri-yerlilik (neloqallıq) nümayişi üçün yaramaz sayılan Verner vəziyyətləri üzərində işləyiblər. Lakin üçsəviyyəli (üçölçülü) foton sisteminə ScLF tətbiq etdikdə, onlar bu kvant sistemlərindən gizli qeyri-yerliliyi çıxara biliblər. Bu, nəzəriyyəçi Sandu Popeskunun 30 il əvvəl irəli sürdüyü mümkünlüyün ilk real sübutu olub.

QFort Kvant Texnologiyaları Mərkəzindən tədqiqatın digər müəllifi Yen-Çen Lyan qeyd edib: “Biz göstərdik ki, hətta ‘çirkli’ bir kvant vəziyyəti belə düzgün yanaşma ilə güclü resurs ola bilər.”

Tədqiqat daha sadə və genişləndirilə bilən kvant dolaşıqlığı gücləndirmə metodlarının yolunu açır. Alimlər gələcəkdə bu metodu daha yüksək ölçülü sistemlərə uyğunlaşdırmağı və inteqral optikanın köməyi ilə həcmi optik sistemlərin məhdudiyyətlərini aşmağı planlaşdırırlar.

Nilay 

Oxşar Xəbərlər