ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Ağ Evdə çox nadir hallarda görünür.
32gun.az bildirir ki, The New York Times nəşri məlumatlı mənbələrə istinadən yazıb. Qeyd edilib ki, Trampın prezidentliyinin ilk 100 günündə Melaniya Ağ Evdə cəmi iki həftədən az vaxt keçirib. Bəzi mənbələr bu rəqəmin belə şişirdilmiş ola biləcəyini bildirir.
Birinci xanıma məxsus qəbul təşkil etmək, turistlərlə görüşmək və rezidensiyanın interyerini yeniləmək kimi ənənəvi vəzifələrin böyük hissəsi Donald Trampın öz üzərinə düşüb. Məsələn, Rəngli Bağçanın bəzədilməsi və Qadınlar Tarixi Günü münasibətilə tədbirlərin təşkili ilə birbaşa Tramp məşğul olub.
Mənbələr Melaniyanın bu qədər geri planda qalmasının əsas səbəbi kimi təhlükəsizlik narahatlıqlarını göstərir. Bildirilir ki, mümkün sui-qəsd cəhdləri də daxil olmaqla təhlükələr onu ciddi şəkildə qorxudub. Hətta 2017-ci ildəki inauqurasiya paradı zamanı avtomobildən düşməyə belə tərəddüd edib.
Bundan əlavə, Donald Trampın böyüklər üçün filmlərdə rol alan bir aktrisaya pul ödədiyi ilə bağlı məhkəmə prosesi da cütlüyün münasibətlərinə mənfi təsir edib. NYT-nin məlumatına görə, bu qalmaqal Melaniyanın Trampın siyasi fəaliyyətindən, o cümlədən seçki kampaniyasından uzaqlaşmasına səbəb olub.
Ayxan