DÜNYA ÖZ XƏBƏR

Vladimir vilayətində inguşlara hücum edilib – Delimxanov hadisəyə reaksiya verdi

Rusiyanın Vladimir vilayətində silahlı bir qrup şəxsin dəyənəklər, kastetlər və bıçaqlarla İnquşetiya sakinlərinə hücum etdiyi bildirilib.

32gun.az bildirir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırovun silahdaşı, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov Telegram kanalında məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, insident milli zəmində baş verib. Delimxanov baş verənlərlə bağlı ciddi araşdırma aparılmasına və günahkarların cəzalandırılmasına çağırıb. O, zərərçəkənlərin hüquqlarının müdafiəsi üçün bütün lazımi tədbirləri görəcəyini bildirib.

Digər tərəfdən, İnquşetiyanın Malqobek şəhərində 15 yaşlı yeniyetmənin sinəsinə bıçaqla xəsarət yetirilməsi ilə bağlı məlumat yayılıb. Hadisə 1 may gecəsi baş verib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yeniyetməyə tibbi yardım göstərilib və bədənindəki xəsarətlər qeydə alınıb.

Hazırda hər iki hadisə ilə bağlı geniş araşdırmalar aparılır, cinayətlərdə iştirak edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Oxşar Xəbərlər