Şahzadə Ketrin və Şahzadə Uilyam Qələbənin 80 illiyi münasibətilə keçirilən təşəkkür mərasimində iştirak ediblər
Şahzadə Ketrin Middlton və Şahzadə Uilyam Qələbənin 80 illiyi münasibətilə keçirilən xüsusi təşəkkür mərasimində iştirak ediblər.
32gun.az bildirir ki, bu barədə "Just Jared" məlumat yayıb.
43 yaşlı Uels şahzadəsi tədbir üçün "Alessandra Rich" brendindən qara dairəli ipək don seçib. Görünüşünü "Ralph Lauren"dən bej rəngli tuflilər, "DeMellier" markalı çanta və "Juliette Botterill"dən qara voalli şlyapa tamamlayıb. O, həmçinin mərhum şahzadə Diana tərəfindən taxılmış inci sırğalara da üstünlük verib. Şahzadə Uilyam isə klassik göy kostyum geyinib və onu ordenlərlə tamamlayıb.
Qeyd edək ki, 6 mayda şahzadə Uilyam və Ketrin Middlton övladları ilə birlikdə Qələbənin 80 illiyi münasibətilə keçirilən paradda görüntülənmişdi.
Xatırladaq ki, 22 mart 2024-cü ildə şahzadə Ketrin xərçənglə bağlı qarın boşluğunda keçirilmiş əməliyyatdan sonra aparılan testlər nəticəsində xəstəliyin aşkarlanmasını və erkən mərhələdə profilaktik kimyaterapiya kursuna başladığını bildirmişdi. 9 sentyabrda isə o, müalicə kursunu tamamladığını açıqlamış və son doqquz ayın çox ağır keçdiyini etiraf etmişdi. Hazırda o, mümkün qədər uzunmüddətli remissiyaya nail olmağa çalışdığını bildirib.
Nilay