DÜNYA ÖZ XƏBƏR

İndoneziya rəsmisi yoxsul kişilərin sterilizasiyasını təklif edir

İndoneziyada az təminatlı kişilərə sosial yardım yalnız vazektomiyadan sonra veriləcək

İndoneziyanın Qərbi Yava əyalətinin qubernatoru Dedi Mulyadi az təminatlı kişilərə yalnız vazektomiya (sterilizasiya) prosedurundan keçdikdən sonra sosial yardım göstərilməsi təşəbbüsü ilə çıxış edib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət rəsmisinin sözlərinə görə, əgər kasıb kişilər sterilizasiyadan keçsələr, bu, ölkədə yoxsulluğun azalmasına səbəb ola bilər. Qubernator əlavə edib ki, belə bir addım atan şəxslərə maddi dəstək də veriləcək.

Sterilizasiyanı qəbul edənlərə 500 min rupiya (8 may 2025-ci il kursuna görə təxminən 2454 rubl) məbləğində vəsait ayrılacaq.

Bu təşəbbüs yerli əhali arasında ciddi narazılıq doğurub. Tənqidlərə cavab olaraq Dedi Mulyadi bildirib ki, vazektomiya proseduru əslində geri qaytarıla biləndir, yəni kişilər gələcəkdə ata olmaq imkanını tam itirmirlər.

Nilay 

Oxşar Xəbərlər