Aparıcı və aktrisa olan bu məşhurun 120 min vergi borcu var
Dana Borisova elit mənzil alıb, amma vergi borcu üzə çıxıb
Rusiyalı televiziya aparıcısı və aktrisa Dana Borisova Moskvada “Only” adlı elit yaşayış kompleksindən yeni mənzil alıb. Lakin bundan sonra məlum olub ki, onun vergi orqanlarına 120 min rubl məbləğində borcu var.
32gun.az bildirir ki, bu barədə Mash məlumat yayıb.
Borisova bir müddət Tailandda yaşadıqdan sonra Moskvaya qayıdıb və Filyevsk parkı yaxınlığında, Moskva çayına baxan mənzilə sahib olub. Aktrisa zərərli vərdişlərdən tamamilə imtina etdiyini bildirsə də, keçmiş həyatının – borcların və mikromaliyyə təşkilatlarından götürülmüş kreditlərin – izləri hələ də qalır.
Hazırda Borisovanın Rıazanski prospektindəki mənzilinə, Şçapovo qəsəbəsindəki bağ evinə və “Only” yaşayış kompleksindəki yeni mənzilinə görə əmlak vergilərini ödəmədiyi üçün ümumilikdə 120 min rubl borcu olduğu bildirilir.
Xatırladaq ki, daha əvvəl Dana Borisovanın müğənni Stas Pexaya onun narkotik asılılığı ilə bağlı şayiələr yaydığına görə qəzəbləndiyi xəbər verilmişdi.
Nilay