Aydının Efeler mahalında yerləşən ASTİS məscidində 57 yaşlı din xadimi, müezzin (azan verən və ibadət zamanı camaata rəhbərlik edən din xadimi) namazdan sonra keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Efeler Karacaahmet Türbə məscidinin müezzin-kayyımı Fahrettin Uçar (57), müvəqqəti olaraq göndərildiyi ASTİS məscidində günorta namazını qıldırdıqdan sonra imam otağında qəfil halını pisləşdirib. Hadisə ilə bağlı dərhal təcili tibbi yardıma məlumat verilib. Sağlıq əməkdaşlarının ilkin diaqnozuna əsasən, Uçarın infarkt keçirdiyi müəyyən edilib və o, təcili xəstəxanaya aparılıb.
Həkimlərin göstərdiyi bütün müdaxilələrə baxmayaraq, Uçarın həyatını xilas etmək mümkün olmayıb. Onun cənazəsinin sabah cümə namazından sonra Bey məscidindən çıxarılaraq Tepecik qəbiristanlığında dəfn ediləcəyi bildirilib.
Ayaz