2-3 ayda müxtəlif şəhərlərdə obyektlər icarəyə götürülüb/ Zaur Əliyevin 152 min manatlıq "alış-veriş"i
Zaur Əliyevin sədri olduğu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi son 2-3 ay ərzində bölgələrdə yerləşən bir sıra qeyri-yaşayış sahələrini icarəyə götürüb. Ümumi dəyəri təxminən 152 min manat olan bu icarə müqavilələri fiziki şəxslərlə bağlanıb.
32gun.az həmin obyektlərin siyahısını təqdim edir:
-
Kərimov Kamran Vüqar oğlu –
Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 87 B ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 99.4 m² sahənin icarəsi
Məbləğ: 13.953,48 AZN -
Məmmədov Elsevər Allahverdi oğlu –
Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 100 m² sahəli 1 mərtəbəli qeyri-yaşayış sahəsi
Məbləğ: 10.465,08 AZN -
Bəkirov Anar Elşən oğlu –
Şamaxı şəhəri, Heydər Əliyev prospekti, 123a ünvanında yerləşən 76.2 m² sahəli, zirzəmisi də olan 1 mərtəbəli bina
Məbləğ: 9.767,40 AZN -
Hüseynzadə Gülüsüm Yengibar qızı –
Şirvan şəhəri, 20 Yanvar küçəsi, 11 ünvanında yerləşən 125.1 m² sahəli obyekt
Məbləğ: 21.139,56 AZN -
Məmmədli Valeh Nəriman oğlu –
Şəki şəhəri, Heydər Əliyev prospekti 44 ünvanında yerləşən 140 m² sahəli 2-ci mərtəbə
Məbləğ: 20.930,28 AZN -
Adı açıqlanmayan fiziki şəxs –
Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 78/20-10 ünvanında yerləşən 100 m² sahəli obyekt
Məbləğ: 13.953,48 AZN -
Qurbanov Anar Hüseynağa oğlu –
Quba şəhəri, Vaqif küçəsində yerləşən 205 m² sahəli binanın 2-ci mərtəbəsi
Məbləğ: 19.534,92 AZN -
Salahov Musa Murtuz oğlu –
Göyçay şəhəri, Rəsul Rza küçəsi 85A ünvanında yerləşən 166.06 m² sahəli 2 mərtəbəli bina
Məbləğ: 20.930,28 AZN -
Mirzəyev Almirzə Ayaz oğlu –
Cəlilabad şəhəri, Babək küçəsi, 32 ünvanında yerləşən 2 mərtəbəli binanın 87.9 m² sahəli 2-ci mərtəbəsi
Məbləğ: 20.930,28 AZN
Agentlik tərəfindən bu obyektlərin hansı məqsədlə icarəyə götürüldüyü açıqlanmayıb. Müqavilələr dövlət satınalmaları portalında yerləşdirilib.
Nilay