DÜNYA ÖZ XƏBƏR

Türkiyədə otelin estakadasından suya tullanaraq ağır xəsarət alan rusiyalı turist komaya düşüb

Moskvalı turist Türkiyədə istirahət zamanı otelin estakadasından suya tullanaraq ağır xəsarət alıb və komaya düşüb. 29 yaşlı kişi dərhal xəstəxanaya yerləşdirilib və artıq bir dəfə əməliyyat olunub. Həkimlər ikinci əməliyyatı da planlaşdırır. Müalicənin ümumi dəyəri təxminən 20 min dollar (təxminən 1,6 milyon rubl) təşkil edir.

32gun.az RIA Novosti-yə istinadən yazır ki, Rusiya Federasiyasının Antalyadakı Baş Konsulluğu hadisə ilə bağlı məlumatlandırılıb və yaralının vətənə tibbi evakuasiyası məsələsini araşdırır.

Diplomatik nümayəndəlik bildirib ki, konsulluq əməkdaşı yaxın zamanda xəstəxanaya baş çəkərək müalicənin gedişi və evakuasiya imkanlarını müzakirə edəcək.

SHOT Telegram kanalının məlumatına görə, kişi estakadasından suya tullandıqda oradakı dərinlik kifayət qədər olmayıb və zərbə nəticəsində ağır xəsarətlər alıb. Turistə ilk tibbi yardım göstərilsə də, onun sığortası ödənişləri qarşılamayıb. Nə turizm şirkəti, nə də otel ailəyə maliyyə dəstəyi göstərməyə hazırdır.

Nilay 

Oxşar Xəbərlər